İsmayıllı rayon komitəsinin yeni tərkibi formalaşıb

İsmayıllı rayon komitəsinin yeni tərkibi formalaşıb

ATİAHİ İsmayıllı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, YAP rayon şurasının sədri Zaur Muradov, rayon Ağsaqqallar şurasının sədri Valeh Salehov, təhsil veteranları və dəvət olunmuş təhsil müəssisə rəhbərləri iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Yığıncaqda hesabat ili ərzində ittifaq üzvlərinin sosial hüquqlarının qorunması, onların iqtisadi və sağlamlığı sahəsində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən, xüsusən pandemiya və 44 günlük vətən müharibəsi, eləcə də ondan sonrakı dövrdə aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə göstərilmiş köməkliklər haqqında rayon komitəsinin sədri Hafiz Kərimov məlumat verib. Sonra görülmüş işlərə, keçirilmiş tədbirlərə sərf olunan vəsaitin miqdarı haqqında Təftiş komissiyasının məruzəsi dinlənilib. Məruzələrlə bağlı ilk həmkarlar ittifaqı sədrləri, məktəb rəhbərləri çıxışlar edərək münasibət bildiriblər. Yığıncaq məruzələri və çıxışları, səsləndirilən təklifləri dinləyərək hesabatın qənaətbəxş olduğunu qərara alıb.Həmçinin tədbirdə rayonun aztəminatlı ailələrinə, şəhid və qazi ailələrinə mütəmadi olaraq (bayram və əlamətdar günlərdə) ərzaq və digər maddi köməklik göstərilməsinə, eyni zamanda ittifaq üzvlərinin sağlamlığı sahəsində vaxtaşırı sanatoriya və istirahət obyektlərinə göndərişlərin verilməsinə görə, Respublika Komitəsinə, xüsusən onun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə rayonun bütün təhsil işçiləri adından minnətdarlıq ifadə olunub.Sonra seçkilər keçirilib, rayon komitəsinin yeni tərkibi formalaşıb, Hafiz Kərimov yekdilliklə yenidən rayon komitəsinin sədri seçilib.Tədbirdə bir qrup həmkarlar ittifaqı fəalına və şəhid anasına respublika komitəsinin medal, fəxri fərman və diplomları da verilib.IMG_0238.JPG 255.59 KBIMG_0092 (1).JPG 199.07 KBIMG_0235.JPG 261.69 KBIMG_0086.JPG 324 KB

27.03.2024

İsmayıllılar Baharın gəlişini xoş ovqatla qarşılayıblar

İsmayıllılar Baharın gəlişini xoş ovqatla qarşılayıblar

İsmayıllı rayonunda Novruz şənliyi təşkil olunub.İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan regional Təhsil İdarəsi və ATİAHİ İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan şənlikdə rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri də iştirak edib.İlk həmkarlar ittifaqları və digər təşkilatlar tərəfindən hazırlanan, bayram xonçaları və səməniləri ilə bəzədilmiş sərgiyə baxış keçirilib, qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.Bayram şənliyində respublikamızın incəsənət xadimlərinin konsert proqramı məktəblilər tərəfindən sevinclə qarşılanıb. Eyni zamanda Baharın rəmzi olan keçəl-kosa maraqlı çıxışları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.IMG_0154 (3).JPG 383.88 KBIMG_0128 (1).JPG 328.63 KBIMG_0053.JPG 342.43 KB

27.03.2024

İsmayıllıda hesabat-seçki yığıncaqları davam edir

İsmayıllıda hesabat-seçki yığıncaqları davam edir

ATİAHİ İsmayıllı rayon komitəsi ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla əlaqədar seminar keçirib. İlk həmkarlar ittifaqı sədrləri, məktəb direktorları, ittifaq üzvlərinin iştirak etdiyi iclasda hesabat-seçki yığıncaqlarının keçirilmə vaxtı, iştirak edəcək şəxslər təsdiq edilib, təlimat və metodik vəsaitlərlə tanışlıq olub. Hesabat-seçki yığıncaqlarında namizədlər irəli sürülərkən gender balansının qorunması və gənclərə şərait yaradılması, həmçinin həmkarlar ittifaqlarının effektiv fəailiyyətini təmin edə bilən, işgüzar, təşəbbüskar, səriştəli həmkarlar ittifaqı fəallarının nəzərə alınması tövsiyə olunub.Qeyd edək ki, yanvar ayının əvvəlindən start götürən yığıncaqlar fevralın 20-dək davam edəcək. Artıq İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə, 1, 2, 4, 5, 6 nömrəli şəhər məktəblərində, eləcə də Diyallı, Quşencə, Təzəkənd, Cülyan, Qoşakənd  kənd tam orta məktəblərində yığıncaqlar keçirilib. Həmin tədbirlərdə İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov iştirak edərək ittifaq üzvlərinin rəy və təkliflərini dinləyib.Yığıncaqlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin görülüb, şəhid ailələrinə, xüsusən övladı şəhid olmuş 6 təhsil işçisinə, 25 təhsil işçisi olan qaziyə rayon komitəsi tərəfindən mütəmadi olaraq diqqət və qayğı göstərilib. Qeyd olunub ki, işçilərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının bərpası həmkarlar təşkilatının əsas diqqətindədir. Nabranda yerləşən “Təhsil“ istirahət mərkəzində 100 nəfərdən çox təhsil işçisinin dincəlməsi, 185-nin isə sanatoriyalarda müalicəsi təşkil olunub. Şəhər 1, 2 və 3 nömrəli, Talıstan, Təzəkənd, Cülyan kənd məktəb kollektivlərinin Göy-Göl, Şəki və Quba rayonlarına turları həyata keçirilib.Yığıncaqlarda ittifaq üzvləri tərəfindən bəzi məktəblərdə isitmə sitemlərinin zəif olmasının əmək prosesinə mənfi təsir etdiyi bildirilib. Qaldırılan problemin yaxın vaxtlarda aradan qaldırılması ilə bağlı ciddi iş aparılacağı müəllimlərin diqqətinə çatdırılıb. Yığıncaqlarda məktəbin daxili intizam qaydalarına, dərs bölgüsünə və dərs cədvəllərinin tərtibinə həmkarlar ittifaqlarının nəzarət etməsinin vacibliyi vurğulanıb.Qeyd edək ki, artıq hesabat-seçkilərin keçirildiyi ilk həmkarlar ittifaqlarında namizədlər üçün bərabər imkanlar yaradılıb, seçkilər sərbəst şəkildə təşkil edilib, yeni tərkibdə gənclər və qadın müəllimlər qənaətbəxş səviyyədə təmsil olunurlar. 1a92cc60-8c17-4829-a002-6e8021d4e4d2.jpg 105.28 KBd243082d-b13f-4081-969b-982015d63939.jpg 73.4 KB4a1bf822-154c-43e7-9aa0-03723c706f30.jpg 102.17 KB8c3757d7-b8fd-4812-af84-f24b1e27827c.jpg 178.5 KB5949fb5b-b32f-403b-a3f3-1b384137af7a.jpg 96.82 KB

18.01.2024

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən  idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB

15.01.2024

İsmayıllıda “Hərbi vətənpərvərlik tərbiyəsinə aid QRANT layihəsi”nin təqdimatı olub

İsmayıllıda “Hərbi vətənpərvərlik tərbiyəsinə aid QRANT layihəsi”nin təqdimatı olub

İsmayıllı rayon 6 №-li məktəbin müəllimi Gülçöhrə Manafovanın “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinə aid Respublika QRANT layihəsi”nin təqdimat mərasimi keçirilib.Mərasimdə hərbi hazırlıq rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. Layihəyə qatılan 7 nəfər çağırışa qədər hərbi hazırlıq rəhbərinin açıq dərslərindən fraqmentlər nümayiş olunub, 12 nəfər iştirakçıya sertifikatlar təqdim edilib.Layihənin rəhbəri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif olunub, həmçinin ona hədiyyələr verilib.IMG_0078.JPG 261.59 KBIMG_0036 (4).JPG 247.52 KB

25.12.2023

İsmayıllıda Zəfər Günü bayram şənliyi təşkil olunub

İsmayıllıda Zəfər Günü bayram şənliyi təşkil olunub

İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub.İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil və Mədəniyyət idarələri və ATİAHİ İsmayıllı rayon komitələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov və Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək sakinləri bayram münasibətilə təbrik ediblər, həmçinin əsgər və zabitlərimizin Zəfər yolundan, qəhrəmanlıqlarından, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətli mövqeyindən, dəmir iradəsindən, həmçinin xalqımızın sarsılmaz birliyindən danışıblar.Sonra tədbir Beynəlxalq Muğam Mərkəzinin xanəndələrinin ifasında konsert proqramı ilə davam edib. IMG_0336 (1).JPG 393.3 KBIMG_0324.JPG 446.33 KB 

07.12.2023

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Noyabrın 16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) təşkil olunan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı da addımlar atılır. Belə ki, hər il Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.Sonra qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.Məlumat üçün qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2849 nəfər tələbə bu təqaüddən yararlanıb.1-7.jpg 99.43 KB2-5 (1).jpg 151.12 KB7-2.jpg 157.91 KB6-4.jpg 159.07 KB5-5 (1).jpg 150.4 KB4-7.jpg 143.44 KB3-5 (1).jpg 153.55 KB

17.11.2023

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

ATİAHİ Respublika Komitəsi hesabat-seçkilərlə əlaqədar Quba rayonunda regional seminar keçirib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2024-cü ildə keçirilməsi nəzərdə tutulan hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədi ilə zona seminarlarının keçirilməsinə başlayıb. İlk belə tədbir Quba rayonunda təşkil edilib. ATİAHİ Sumqayıt şəhər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Qubadlı rayon komitələrinin sədrlərinin iştirak etdiyi seminarda ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Şöbə müdiri qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin müvafiq qərarı ilə AHİK-in üzv təşkilatların bütün vəsilələrində 2024-cü il müddətində hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, is­tər əha­tə dai­rə­si­nə, is­tər­sə­ də bu sa­hə­də ça­lı­şan insanların  sa­yı­na gö­rə təhsil Azər­bay­can­da ən bö­yük so­si­al ins­ti­tut­lar­dan bi­ri­ni təş­kil edir. ATİAHİ 5785 həmkarlar ittifaqı təşkilatını və 403484 həmkarlar ittifaqı üzvünü özündə birləşdirir: “2024-cü ildə keçiriləcək hesabat-seçkilər ATİAHİ-nin fəaliyyətində mühüm hadisələrdən biridir. Hesabat-seçkilər zamanlı təşkilat sədrlərinin bu illər ərzində gördüyü işlərlə bağlı hesabatı əhatəli olmalı, əldə olunmuş nailiyyətlər, çatışmazlıqlar qeyd olunmalıdır. Eyni zamanda həmkarlar ittifaqlarında həmrəyliyi təmin etmək, işçilərin sosial-iqtisadi mənafeyinin kollektiv müdafiəçisi olan həmkarlar ittifaqlarının maliyyə cəhətdən möhkəmləndirmək, onun rolunu bir daha artırmaq üçün qarşıdan gələn hesabat-seçki kampaniyasının imkanlarından maksimum istifadə edilməlidir. Hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır”. E.Rüstəmov qeyd edib ki, həmkarlar ittifaqı təşkilatlarının kadrlarla möhkəmləndirilməsi, ehtiyat kadrların hazırlanması və irəli çəkilməsi üzrə tədbirlər görülməlidir. Müəssisədə kollektiv arasında nüfuzu olan layiqli şəxslərin seçilməsi üçün şərait yaradılmalıdır: “Heç kimə sirr deyil ki, həmkarlar təşkilatlarının gücü ilk təşkilatlardadır. Bu baxımdan bizim qarşımızda duran mühüm vəzifələrdən biri ilk təşkilatların gücləndirilməsi və nüfuzunun artırılmasıdır. İlk təşkilatların güclü olması üçün isə başlıca şərt təşkilata layiqli və şəxsin rəhbərlik etməsidir. İttifaq üzvləri öz sərbəst seçiminizi etməli və təşkilatınızı daha da qabağa aparmağı bacaracaq bir şəxsi həmkarlar təşkilatına sədr seçilməsinə çalışmalıdır. Həmçinin təşkilatların seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyi təmin edilməli, ölkəmizdə həyata keçirilən gəncləşmə siyasətinin həmkarlar ittifaqı təşkilatlarında da uğurla davam etdirilməsinə şərait yaradılmalıdır. İclaslar zamanı səsləndirilmiş tənqidi qeydlər ümumiləşdirilərək yuxarı həmkarlar ittifaqı təşkilatına təqdim edilməlidir. İnanırıq ki, üzv təşkilatlarda keçiriləcək hesabat-seçki yığıncaqları nöqsansız şəkildə təşkil ediləcək, bu seçkilər təşkilatımızın, ümumilikdə həmkarlar ittifaqı hərəkatının həyatında yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır”.Sonra seminar diskussiya şəklində davam etdirilmiş, rayon komitəsi sədrləri qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmış, suallar cavablandırılmışdır.  

25.10.2023

İsmayıllıda müəllimlər 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunub

İsmayıllıda müəllimlər 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunub

İsmayıllı rayonunda ATİAHİ İsmayıllı rayon komitəsi, Dağlıq Şirvan Regional Təhsil İdarəsi (DŞRTİ) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun bütün  təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər, övladları 44 günlük Vətən müharibəsində şəhid olmuş 6 təhsil işçisi, Respublika və rayon müsabiqələrində şagirdləri uğur qazanmış müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.Çıxış edən RİH-nin başçısının müavini Sevil Əhmədova  ölkə başçısı cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğıdan danışaraq bildirib ki, rayonda bu il 2 orta və 3 modul məktəbin tikilib istifadəyə verilməsi, 10-dan çox məktəbin təmir edilməsi ölkə başçısının rayonun təhsilinə göstərdiyi qayğının bariz nümunəsidir. O, RİH-nin başçısı adından bütün müəllimləri, xüsusən tədbirdə iştirak edən müsabiqə qaliblərini və qabaqcıl təhsil işçilərini bayram münasibətilə təbrik edib. DŞRTİ-nin müdir müavini  Rahim Baxışov, YAP rayon təşkilatının sədri  Zaur Muradov, rayon komitəsinin sədri Hafiz Kərimov, Əməkdar müəllim Aydın Əzizov çıxışlar edərək təhsilə göstərilən qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.Sonra  şagirdləri Respublika, beynəlxalq və rayon müsabiqələrində qalib olmuş müəllimlərin mükafatlandırılması mərasimi keçirilib. Öncə övladları şəhid olmuş müəllimlərə, o cümlədən Vətən müharibəsində şəhid olmuş şəhər 3 N-li məktəb-liseyin müəllimi Famil Əhmədzadənin ailəsinə fəxri fərman və pul mükafatı verilib. Ardınca müsabiqələrdə qalib olmuş daha 60 təhsil işçisi diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.IMG_0005 (1).JPG 394.66 KBIMG_0124 (1).JPG 290.14 KBIMG_0154 (2).JPG 308.83 KB

09.10.2023

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, həmçinin quruma üzv təşkilatların rəhbərləri və əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.Həmkarlar ittifaqlarının nümayəndələri parkın girişində xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.3-16.jpg 153.8 KB1-21.jpg 219.72 KB2-11.jpg 264.06 KB

27.09.2023

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

26.09.2023

İsmayıllıda “Təhsil bayramı” adlı tədbir keçirilib

İsmayıllıda “Təhsil bayramı” adlı tədbir keçirilib

İsmayıllı rayonunda ATİAHİ RK, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-2023-cü tədris ilinin yekununa həsr olunan “Təhsil bayramı” adlı tədbir krçirilib. Rayonun istirahət parkında təşkil olunan tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər, ali məktəblərə qəbul olunmuş məzunlar, o cümlədən 500-dən yuxarı bal toplayan məzunlar, respublika və rayon müsabiqələrində yer qazanmış şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin təhsil siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin bu sahəhəyə göstərdiyi diqqət və qayğıdan, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb, yeni tikilən və təmir olunan məktəblər barədə məlumat verib.Daha sonra çıxış edən Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, YAP rayon təşkilatının sədri Zaur Muradov və digərləri ölkəmizdə təhsilin inkişafına yaradılmış şəraitdən, istedadlı şagirdlərin aşkar edilməsi və onların potensialının dəyərləndirilməsi istiqamətində icra olunan proqlamlardan, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımlardan bəhs ediblər.Sonra yüksək bal toplamış məzunlar mükafatlandırılıb.Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarda rayon üzrə 42 nəfər 500-600 bal arası, 13 nəfər isə 600 baldan çox nəticə göstərib. Mükafatlandırılanlar arasında 14 nəfər Respublika fənn olimpiadasında qızıl, gümüş və bürünc medal qazanmış şagirdlər, 18 nəfər digər müsabiqələr üzrə Respublika birinciliyində qalib gəlmiş şagirdlər də yer alıb. Qabaqcıl şagird və məzunlara ATİAHİ İsmayıllı rayon komitəsinin hədiyyələri də təqdim olunub.IMG_0137.JPG 361.06 KB_MG_0002.JPG 458.95 KB_MG_0089.JPG 297.29 KB_MG_0164.JPG 535.01 KB_MG_0171.JPG 460.83 KB

20.09.2023

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

AHİK “Heydər Əliyev İli” çərçivəsində gənclərin iştirakı ilə konfrans keçirib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.İştirakçıları salamlayan AHİK sədri Səttar Möhbalıyev Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Heydər Əliyev Azərbaycan dövlətini yaratdı və bu gün siz gənclər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti Sizin üçün qurdu, bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Heydər Əliyev sovet Azərbaycanın rəhbərliyinə gələrkən ölkəmiz ittifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı, respublikamız iri sənaye ölkəsinə çevrildi”.“Gənclərimiz də hər zaman Ulu Öndərin diqqət və qayğısı ilə əhatə olunmuşdu. Biz həmin vaxtın gəncləri olaraq bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması barədə təşəbbüsü isə onun polad iradəsini bir daha göstərdi”, – Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi: “Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan. Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb”.AHİK sədri vurğulayıb ki, 2003-cü ildən başlayaraq dövlətimizin başçısı cənab İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib: “Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu gənclərin istedadının üzə çıxarılması istiqamətində fəal iş aparır. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır”.10.jpg 71.67 KB9.jpg 51.6 KB8.jpg 75.94 KB7.jpg 67.62 KB6.jpg 51.11 KB5-2.jpg 68.04 KB4-1.jpg 60.04 KB3-2.jpg 98.65 KB2-2.jpg 136.83 KB1-5.jpg 86.31 KB

08.09.2023

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

ATİAHİ Respublika Komitəsinin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

İyunun 6-dan 11-dək Qazaxıstanın Astana şəhərində Təhsil İşçilərininBeynəlxalq Konfransı keçirilib.Konfransda Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistanın təhsil işçiləri iştirak ediblər. Müasir dövrdə təhsilin vəziyyəti, bu sahədə tətbiq olunan yeniliklər, movcud təhsil sistemlərinin yeni çağırışlara uyğunluğu və digər məsələlər tədbirdə müzakirə mövzusu olub.Ölkəmizi konfransda ATİAHİ Xətai rayon komitəsinin sədri Maisə Hacıyeva və Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva təmsil edib. Hər iki iştirakçı tədbirdə çıxış edib, ölkəmizin təhsil sistemindən, bu sahəyə olan dövlətin diqqət və qayğısından, azərbaycanlı gənclərin uğurlu göstəricilərindən danışıblar. Onlar həmçinin aparılan müzakirələrdə fikirlərini bölüşüblər.IMG-20230611-WA0028.jpg 147.97 KBIMG-20230611-WA0026.jpg 133.63 KBIMG-20230611-WA0025.jpg 85.66 KB

21.06.2023

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib

Bakı şəhərində “Heydər Əliyev İli” ilə bağlı regional konfrans keçirilib. ATİAHİ Respublika Komitəsinin təşkilatçılığı, ATİAHİ Nəsimi rayon komitəsinin ev sahibliyi ilə Bakı şəhəri 266 saylı tam orta məktəbdə təşkil edilən konfrans “Həmkarlar ittifaqlarının inkişafında Heydər Əliyev mərhələsi” mövzusuna həsr olunub. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, ATİAHİ Nəsimi, Qaradağ, Səbail, Yasamal, Binəqədi, Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Pirallahı, Nərimanov rayon komitələrinin sədrləri və həmkarlar ittifaqı fəalları iştirak edib. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsi ilə başlanan konfransda Ümummilli lider Heydər Əliyevlə bağlı video çarxın nümayiş etdirilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, ATİAHİ Nəsimi rayon komitəsinin baş mütəxəssisi Yeganə Rəhimova, 211 №-li tam orta məktəbin müəllimi, ATİAHİ Nəsimi rayon komitəsinin Təftiş Komissiyasının üzvü Afaq Hacıyeva, ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov və başqaları çıxış edib. Çıxış edənlər Ulu Öndərin Azərbaycanın müstəqilliyinin əldə olunması, qorunub saxlanması, ölkədə bütün sahələrin, o cümlədən həmkarlar ittifaqları sahəsinin inkişafında əvəzsiz xidmətlərindən danışıblar. 

05.06.2023

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo