İsmayıllı rayon komitəsinin yeni tərkibi formalaşıb
ATİAHİ İsmayıllı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, YAP rayon şurasının sədri Zaur Muradov, rayon Ağsaqqallar şurasının sədri Valeh Salehov, təhsil veteranları və dəvət olunmuş təhsil müəssisə rəhbərləri iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Yığıncaqda hesabat ili ərzində ittifaq üzvlərinin sosial hüquqlarının qorunması, onların iqtisadi və sağlamlığı sahəsində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən, xüsusən pandemiya və 44 günlük vətən müharibəsi, eləcə də ondan sonrakı dövrdə aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə göstərilmiş köməkliklər haqqında rayon komitəsinin sədri Hafiz Kərimov məlumat verib. Sonra görülmüş işlərə, keçirilmiş tədbirlərə sərf olunan vəsaitin miqdarı haqqında Təftiş komissiyasının məruzəsi dinlənilib. Məruzələrlə bağlı ilk həmkarlar ittifaqı sədrləri, məktəb rəhbərləri çıxışlar edərək münasibət bildiriblər. Yığıncaq məruzələri və çıxışları, səsləndirilən təklifləri dinləyərək hesabatın qənaətbəxş olduğunu qərara alıb.Həmçinin tədbirdə rayonun aztəminatlı ailələrinə, şəhid və qazi ailələrinə mütəmadi olaraq (bayram və əlamətdar günlərdə) ərzaq və digər maddi köməklik göstərilməsinə, eyni zamanda ittifaq üzvlərinin sağlamlığı sahəsində vaxtaşırı sanatoriya və istirahət obyektlərinə göndərişlərin verilməsinə görə, Respublika Komitəsinə, xüsusən onun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə rayonun bütün təhsil işçiləri adından minnətdarlıq ifadə olunub.Sonra seçkilər keçirilib, rayon komitəsinin yeni tərkibi formalaşıb, Hafiz Kərimov yekdilliklə yenidən rayon komitəsinin sədri seçilib.Tədbirdə bir qrup həmkarlar ittifaqı fəalına və şəhid anasına respublika komitəsinin medal, fəxri fərman və diplomları da verilib.IMG_0238.JPG 255.59 KBIMG_0092 (1).JPG 199.07 KBIMG_0235.JPG 261.69 KBIMG_0086.JPG 324 KB
27.03.2024
İsmayıllılar Baharın gəlişini xoş ovqatla qarşılayıblar
İsmayıllı rayonunda Novruz şənliyi təşkil olunub.İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan regional Təhsil İdarəsi və ATİAHİ İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan şənlikdə rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri də iştirak edib.İlk həmkarlar ittifaqları və digər təşkilatlar tərəfindən hazırlanan, bayram xonçaları və səməniləri ilə bəzədilmiş sərgiyə baxış keçirilib, qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.Bayram şənliyində respublikamızın incəsənət xadimlərinin konsert proqramı məktəblilər tərəfindən sevinclə qarşılanıb. Eyni zamanda Baharın rəmzi olan keçəl-kosa maraqlı çıxışları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.IMG_0154 (3).JPG 383.88 KBIMG_0128 (1).JPG 328.63 KBIMG_0053.JPG 342.43 KB
27.03.2024
İsmayıllıda hesabat-seçki yığıncaqları davam edir
ATİAHİ İsmayıllı rayon komitəsi ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinə hazırlıqla əlaqədar seminar keçirib. İlk həmkarlar ittifaqı sədrləri, məktəb direktorları, ittifaq üzvlərinin iştirak etdiyi iclasda hesabat-seçki yığıncaqlarının keçirilmə vaxtı, iştirak edəcək şəxslər təsdiq edilib, təlimat və metodik vəsaitlərlə tanışlıq olub. Hesabat-seçki yığıncaqlarında namizədlər irəli sürülərkən gender balansının qorunması və gənclərə şərait yaradılması, həmçinin həmkarlar ittifaqlarının effektiv fəailiyyətini təmin edə bilən, işgüzar, təşəbbüskar, səriştəli həmkarlar ittifaqı fəallarının nəzərə alınması tövsiyə olunub.Qeyd edək ki, yanvar ayının əvvəlindən start götürən yığıncaqlar fevralın 20-dək davam edəcək. Artıq İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə, 1, 2, 4, 5, 6 nömrəli şəhər məktəblərində, eləcə də Diyallı, Quşencə, Təzəkənd, Cülyan, Qoşakənd kənd tam orta məktəblərində yığıncaqlar keçirilib. Həmin tədbirlərdə İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov iştirak edərək ittifaq üzvlərinin rəy və təkliflərini dinləyib.Yığıncaqlarda vurğulanıb ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin görülüb, şəhid ailələrinə, xüsusən övladı şəhid olmuş 6 təhsil işçisinə, 25 təhsil işçisi olan qaziyə rayon komitəsi tərəfindən mütəmadi olaraq diqqət və qayğı göstərilib. Qeyd olunub ki, işçilərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının bərpası həmkarlar təşkilatının əsas diqqətindədir. Nabranda yerləşən “Təhsil“ istirahət mərkəzində 100 nəfərdən çox təhsil işçisinin dincəlməsi, 185-nin isə sanatoriyalarda müalicəsi təşkil olunub. Şəhər 1, 2 və 3 nömrəli, Talıstan, Təzəkənd, Cülyan kənd məktəb kollektivlərinin Göy-Göl, Şəki və Quba rayonlarına turları həyata keçirilib.Yığıncaqlarda ittifaq üzvləri tərəfindən bəzi məktəblərdə isitmə sitemlərinin zəif olmasının əmək prosesinə mənfi təsir etdiyi bildirilib. Qaldırılan problemin yaxın vaxtlarda aradan qaldırılması ilə bağlı ciddi iş aparılacağı müəllimlərin diqqətinə çatdırılıb. Yığıncaqlarda məktəbin daxili intizam qaydalarına, dərs bölgüsünə və dərs cədvəllərinin tərtibinə həmkarlar ittifaqlarının nəzarət etməsinin vacibliyi vurğulanıb.Qeyd edək ki, artıq hesabat-seçkilərin keçirildiyi ilk həmkarlar ittifaqlarında namizədlər üçün bərabər imkanlar yaradılıb, seçkilər sərbəst şəkildə təşkil edilib, yeni tərkibdə gənclər və qadın müəllimlər qənaətbəxş səviyyədə təmsil olunurlar. 1a92cc60-8c17-4829-a002-6e8021d4e4d2.jpg 105.28 KBd243082d-b13f-4081-969b-982015d63939.jpg 73.4 KB4a1bf822-154c-43e7-9aa0-03723c706f30.jpg 102.17 KB8c3757d7-b8fd-4812-af84-f24b1e27827c.jpg 178.5 KB5949fb5b-b32f-403b-a3f3-1b384137af7a.jpg 96.82 KB
18.01.2024
“Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi idman yarışlarının qaliblərini mükafatlandırıb
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində təşkil olunmuş idman yarışlarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Mərasimdə ali təhsil müəssisələri arasında 6 idman növü üzrə Spartakiadanın, Bakı şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında 5 idman növü üzrə yarışların, ali məktəb tələbələri arasında 8 idman növü üzrə XV Respublika Universiadasının və orta ixtisas təhsili müəssisələrinin 3 idman növü üzrə yarışların qalibləri iştirak ediblər.Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, idman yarışlarını təşkil etməkdə məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram göstərmək, xalqımızın milli sərvəti olan Ulu Öndərin zəngin və çoxşaxəli irsini örənmək və təbliğ etməkdir: “Bu tədbirlər həm ümumtəhsil məktəblərinin müəllimləri, həm də ali məktəblərin işçi və tələbələri tərəfindən böyük həvəslə qarşılanıb. Bu idman tədbirlərində mindən çox müəllim və yüzlərlə tələbə çıxış edib. Azərbaycanda idman sahəsində əldə olunan uğurların bünövrəsində əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti dayanır. Hələ Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda bütün sahələrin, o cümlədən idmanın gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. Bu illərdə ölkədə bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, idman meydançaları salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkədə idmanın maddi-texniki bazasının yaradılması üçün çox işlər görülmüş, 1974-cü ildə Bakıdan başqa, Azərbaycanın 36 rayonunda 59 uşaq- gənclər idman məktəbi fəaliyyət göstərirdi. Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da bu sahənin inkişafına öz diqqət və qayğısını əsirgəmədi”.Səttar Möhbalıyev qeyd edib ki, Ulu Öndərin idmanın inkişafı ilə bağlı əsasını qoyduğu strategiya bu gün uğurla davam etdirilir: “Kütləvi bədən tərbiyəsinin inkişafı, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb. Azərbaycanda idmanın kütləviliyi təmin edilir və olimpiya hərəkatı yüksək səviyyədədir. Hesab edirəm ki, idmanda əldə olunan uğurlarda kütləvi bədən tərbiyəsinin inkişafının da öz rolu var. Biz də həmkarlar təşkilatı hər zaman olaraq bu sahəyə diqqət ayırırıq. Vaxtaşırı olaraq tələbələr, müəllimlər arasında müxtəlif kütləvi idman yarışları təşkil olunur, universiadalar, spartakiadalar keçirilir. Biz idmanın kütləviliyinin təmin edilməsi və təhsil işçilərinin asudə vaxtının səmərəli təşkilinə istiqamətlənmiş fəaliyyətimizi bundan sonra da davam etdirmək əzmindəyik”.Sonra mükafatlandırma mərasiminə başlanılıb. Ali məktəb işçiləri arasında keçirilən Spartakiadanın 118, Bakı şəhərinin ümumtəhsil məktəblərinin işçiləri arasında keçirilən yarışların 130 qalibinə hədiyyə kuponu və diplomlar verilib.Eyni zamanda ali məktəb tələbələrinin XV Universiadasının və orta ixtisas təhsili müəssisələrinin yarışlarının ümumilikdə 300-ə yaxın qalibinə kubok, diplom və idman forması təqdim olunub.1-1.jpg 137.44 KB6 (1).jpg 152.75 KB5.jpg 222.23 KB4-1 (1).jpg 174.7 KB3-1.jpg 438.72 KB2-1.jpg 137.67 KB
15.01.2024
Bizimlə əlaqə