İsmayıllıda “Hərbi vətənpərvərlik tərbiyəsinə aid QRANT layihəsi”nin təqdimatı olub
İsmayıllı rayon 6 №-li məktəbin müəllimi Gülçöhrə Manafovanın “Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinə aid Respublika QRANT layihəsi”nin təqdimat mərasimi keçirilib.

Mərasimdə hərbi hazırlıq rəhbərləri, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. Layihəyə qatılan 7 nəfər çağırışa qədər hərbi hazırlıq rəhbərinin açıq dərslərindən fraqmentlər nümayiş olunub, 12 nəfər iştirakçıya sertifikatlar təqdim edilib.

Layihənin rəhbəri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif olunub, həmçinin ona hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo