İsmayıllı rayon komitəsinin yeni tərkibi formalaşıb

ATİAHİ İsmayıllı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, ATİAHİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov, YAP rayon şurasının sədri Zaur Muradov, rayon Ağsaqqallar şurasının sədri Valeh Salehov, təhsil veteranları və dəvət olunmuş təhsil müəssisə rəhbərləri iştirak ediblər. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yığıncaqda hesabat ili ərzində ittifaq üzvlərinin sosial hüquqlarının qorunması, onların iqtisadi və sağlamlığı sahəsində görülmüş işlərdən, həyata keçirilmiş tədbirlərdən, xüsusən pandemiya və 44 günlük vətən müharibəsi, eləcə də ondan sonrakı dövrdə aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə göstərilmiş köməkliklər haqqında rayon komitəsinin sədri Hafiz Kərimov məlumat verib. Sonra görülmüş işlərə, keçirilmiş tədbirlərə sərf olunan vəsaitin miqdarı haqqında Təftiş komissiyasının məruzəsi dinlənilib. Məruzələrlə bağlı ilk həmkarlar ittifaqı sədrləri, məktəb rəhbərləri çıxışlar edərək münasibət bildiriblər. Yığıncaq məruzələri və çıxışları, səsləndirilən təklifləri dinləyərək hesabatın qənaətbəxş olduğunu qərara alıb.
Həmçinin tədbirdə rayonun aztəminatlı ailələrinə, şəhid və qazi ailələrinə mütəmadi olaraq (bayram və əlamətdar günlərdə) ərzaq və digər maddi köməklik göstərilməsinə, eyni zamanda ittifaq üzvlərinin sağlamlığı sahəsində vaxtaşırı sanatoriya və istirahət obyektlərinə göndərişlərin verilməsinə görə, Respublika Komitəsinə, xüsusən onun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə rayonun bütün təhsil işçiləri adından minnətdarlıq ifadə olunub.
Sonra seçkilər keçirilib, rayon komitəsinin yeni tərkibi formalaşıb, Hafiz Kərimov yekdilliklə yenidən rayon komitəsinin sədri seçilib.
Tədbirdə bir qrup həmkarlar ittifaqı fəalına və şəhid anasına respublika komitəsinin medal, fəxri fərman və diplomları da verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo