İsmayıllıda “Təhsil bayramı” adlı tədbir keçirilib

İsmayıllı rayonunda ATİAHİ RK, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2022-2023-cü tədris ilinin yekununa həsr olunan “Təhsil bayramı” adlı tədbir krçirilib. Rayonun istirahət parkında təşkil olunan tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl müəllimlər, ali məktəblərə qəbul olunmuş məzunlar, o cümlədən 500-dən yuxarı bal toplayan məzunlar, respublika və rayon müsabiqələrində yer qazanmış şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov dövlətimizin təhsil siyasətindən, ölkə başçısı cənab İlham Əliyevin bu sahəhəyə göstərdiyi diqqət və qayğıdan, rayonda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb, yeni tikilən və təmir olunan məktəblər barədə məlumat verib.
Daha sonra çıxış edən Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, YAP rayon təşkilatının sədri Zaur Muradov və digərləri ölkəmizdə təhsilin inkişafına yaradılmış şəraitdən, istedadlı şagirdlərin aşkar edilməsi və onların potensialının dəyərləndirilməsi istiqamətində icra olunan proqlamlardan, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi üçün atılan addımlardan bəhs ediblər.
Sonra yüksək bal toplamış məzunlar mükafatlandırılıb.
Qeyd edək ki, bu il keçirilən qəbul imtahanlarda rayon üzrə 42 nəfər 500-600 bal arası, 13 nəfər isə 600 baldan çox nəticə göstərib. Mükafatlandırılanlar arasında 14 nəfər Respublika fənn olimpiadasında qızıl, gümüş və bürünc medal qazanmış şagirdlər, 18 nəfər digər müsabiqələr üzrə Respublika birinciliyində qalib gəlmiş şagirdlər də yer alıb. Qabaqcıl şagird və məzunlara ATİAHİ İsmayıllı rayon komitəsinin hədiyyələri də təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo