İsmayıllılar Baharın gəlişini xoş ovqatla qarşılayıblar

İsmayıllı rayonunda Novruz şənliyi təşkil olunub.
İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan regional Təhsil İdarəsi və ATİAHİ İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan şənlikdə rayonun pedaqoji ictimaiyyətinin nümayəndələri də iştirak edib.
İlk həmkarlar ittifaqları və digər təşkilatlar tərəfindən hazırlanan, bayram xonçaları və səməniləri ilə bəzədilmiş sərgiyə baxış keçirilib, qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.
Bayram şənliyində respublikamızın incəsənət xadimlərinin konsert proqramı məktəblilər tərəfindən sevinclə qarşılanıb. Eyni zamanda Baharın rəmzi olan keçəl-kosa maraqlı çıxışları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo