İsmayıllıda Zəfər Günü bayram şənliyi təşkil olunub


İsmayıllı rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub.

İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil və Mədəniyyət idarələri və ATİAHİ İsmayıllı rayon komitələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov və Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək sakinləri bayram münasibətilə təbrik ediblər, həmçinin əsgər və zabitlərimizin Zəfər yolundan, qəhrəmanlıqlarından, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətli mövqeyindən, dəmir iradəsindən, həmçinin xalqımızın sarsılmaz birliyindən danışıblar.

Sonra tədbir Beynəlxalq Muğam Mərkəzinin xanəndələrinin ifasında konsert proqramı ilə davam edib.

 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo