Yubiley tədbirləri keçirilib
İsmayıllı rayonunda yubiley yaşı tamam olmuş təhsil işçilərinin ad günlərinin təşkil edilməsinə diqqətlə yanaşılır. ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən bu günlərdə belə bir tədbir II Qarabağ müharibəsində şəhid olmuş Müseyibov Ülvi Şakir oğlunun atası Xəlilli kənd tam orta məktəbin fizika müəllimi Müseyibov Şakir Şəfaqət oğlu və I Qarabağ müharibəsində Şəhid olmuş polis polkovniki Aslanov Ağahüseynin həyat yoldaşı, şəhər 3 saylı uşaq baxçasının müdiri Aslanova Elmira Bayram qızı üçün təşkil edilib. 65 illik yubiley tədbirlərində RTŞ-nin nümayəndələri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Yubiliyarlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo