Veteran müəllimlərlə görüş keçirilib
Martın 16-da İsmayıllı N.Behdiyev adına Şəhər 6 N-li tam orta məktəbinin veteran  müəllimləri ilə görüş keçirilib.

Məktəbin direktoru, həmçinin məktəbin ilk həmkarlar təşkilatının sədri, Əməkdar müəllim Qalib Bəşirovun təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar təşkil olunan görüşdə yaşı ilə əlaqədar təqaüdə olan, lakin müddətli müqavilə ilə işləyən 8 nəfər veteran müəllim, həmçinin təhsil ocağının kollektivi iştirak edib.

Öncə müəllimlərin və şagirdlərin hazırladığı Novruz kompozisiyalarına baxış keçirilib. Daha sonra veteran müəllimlərin həyat yolundan, məktəb həyatındakı rolundan, təhsilin inkişafına verdikləri töhfələrdən danışılıb. 

Sonda veteran müəllimlərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. 

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo