Vətən müharibəsi döyüşçüsü olmuş məktəb direktoru öz təəssüratlarını bölüşdü
ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə ilk təşkilatlarda vətən müharibəsində iştirak etmiş təhsil işçilərilə mütəmadi görüşlər təşkil edilir. Xocalı Soyqırımının 30 illiyi ərəfəsində belə görüşlərin biri İsmayıllı rayon E.Həsənov adına Mücühətəran kənd tam orta məktəbində baş tutub. Vətən müharibəsi iştirakçısı, döyüşlərdə fəal iştirak etdiyinə görə 2 medalla təltif edilmiş məktəbin direktoru Namiq Ağaməmmədov döyüş yolunu xatırlayaraq, xatirələrini bölüşüb, rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıqlardan epizodlar danışıb. 

Məktəbdə şagird və müəllimlərin  birgə hazırladığı “Ruhumuzun Şuşası”, “21 Fevral Beynəlxalq Ana dili günü” və “26 Fevral Soyqırımı tariximizin qan yaddaşıdır” adlı bədii kompozisiyaları ətraf kənd məktəb ilk təşkliatların nümayəndələri və qonaqlar maraqla qarşılamışlar. Məktəblilərin əl işləri sərgisi də xüsusi zövqlə işlənilib və yüksək qiymətləndirilib. 

Tədbirin sonunda ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov E.Həsənov adına Mücühətəran kənd tam orta məktəbinin direktoru N.Ağaməmmədovu və və fərqlənən şagirdləri  qiymətli hədiyyə və diplomlarla mükafatlandırıb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo