Soyqırımı qurbanlarının əziz xatirəsi İsmayıllıda yad edilib


Martın 31-də İsmayıllı rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

ATİAHİ İsmayıllı rayon komitəsinin və ilk təşkilatların da qatıldığı tədbirdə rayon ictimaiyyəti Soyqırımı abidəsinə yürüş təşkil edilib. Abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Daha sonra rayondakı şəhid ailələri ziyarət olunub, qayğıları ilə maraqlanılıb, onlara sovqatlar təqdim edilib.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo