Şəhid və qazilərin uşaqları mükafatlandırıldı
ATİAHİ  İsmayıllı RK- nin təşkilatçılığı və maliyyə dəstəyi ilə Yeni il  ərəfəsində 44 günlük Vətən  müharibəsində igidliklə döyüşərək şəhid olmuş və yaralanmış əsgərlərin övladları ilə müxtəlif  adda tədbirlər keçirmiş və onların hamısına qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Tədbirlərdə RİH-in başçısı Nahid Bağırov və RTŞ- nın  rəhbhər işçiləri  də iştirak etmişlər. “Şəhidlər ölməz Vətən  bölünməz” adlı inşa yazı, rəsm və şer müsabiqələri keçirilmişdir.  Şəhid mayor Sübhi Mürsəliyevin övladları  Rüstəm və Aişə Mürsəliyevlər daha fəal iştirak edərək inşa yazı müsabiqəsinin qalibi olaraq  Respublika V uşaq forumunda iştirak etmək hüququnu  qazanmışlar. Rayonun mərkəzində bəzədilmiş “Yeni il” yolkası ətrafında bir neçə gün ərizndə keçirilən 60 nəfərdən çox şəhid və qazilərin uşaqları və bundan əlavə rayonun bütün uşaq baxçalarında təhsil alan 400 nəfərdən çox uşaqlar Yeni il hədiyyələri ilə mükafatlandırılıblar.

RK-sı Vətən müharibəsində döyüşən 20 nəfər təhsil işçilərini və həmin ərəfədə Gənc müəllimlər assosiyasının keçirdiyi Respublika intellektual bilik yarışında qalib olmuş 7 nəfər qabaqcıl gənc müəllimləri də diplom və qiymətli hədiyyələrlə mükafatlandırmışdır.Şəhid və qazi ailələrinə qayğı RK-nin əsas diqqətindədir.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo