Şəhid müəllim Famil Əhmədzadənin ailəsi ziyarət olunub
Martın 18-də İsmayıllı şəhər 3 № məktəb-liseyin tarix müəllimi, Tərtər rayonunun Suqovuşan kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş Famil Əhmədzadənin ailəsi Rayon Təhsil Şöbəsinin əməkdşları və ATİAHİ İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov tərəfindən ziyarət olunub.

Görüşdə şəhidin atası və həyat yoldaşı Famillə bağlı xatirələrini bölüşüblər. Bildiriblər ki, torpaqlarımızın işğal altında qalması Famili çox üzürdü və o, Ali Baş Komandanın əmrini gözləyirdi. “Müharibə başlayan kimi, Famil əks-hücum əməliyyatlarına qoşuldu, bu, onun ən böyük arzusu idi. Cəbhə yoldaşlarının dediyinə görə, döyüşlərdə rəşadətlə iştirak edirdi, heç nədən qorxmurdu. Mən oğlumla ziyalı olduğu üçün sağlığında da fəxr edirim. İndi də fəxr edirəm ki, mənim oğlum Vətən uğrunda şəhid olub. Vətən hamımızın anasıdır. Bizə Vətəndən əziz başqa bir şey yoxdur”, - şəhidin atası bildirib.

Şəhidin həyat yoldaşı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən hər ay onlara maddi dəstək göstərildiyi üçün AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə minnətdarlıq edib. Sonda şəhidin ailəsinə bayram sovqatı təqdim olunub.
IMG-20220319-WA0002.jpg 69.43 KB


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo