Lahıcda əməkdar müəllimin 70 illik yubileyi qeyd olunub

Əməkdar müəllim, İsmayıllı rayonunun Lahıc qəsəbə tam orta məktəbinin direktoru Hikmət Haqverdilinin 70 illik yubileyi keçirilib. Tədbirdə rayon ziyalıları, Lahıc qəsəbə tam orta məktəbin kollektivi, kənd nümayəndələri iştirak ediblər. Çıxış edənlər Hikmət müəllimin mənalı ömür yolundan, davranışları və pedaqoji fəaliyyəti ilə müəllim adını yüksəltməsindən, onun rəhbərliyi altında məktəbin uğurlarından danışıblar. Bildirilib ki, məktəb dəfələrlə Respublikada ilin məktəbi, qrant layihələrinin qalibi olub, şagirdləri fənn olimpiadalarında, digər müsabiqələrdə yüksək nailiyyətlər əldə ediblər. Məhz Hikmət müəllimin gərgin əməyi sayəsində məktəb ölkəmizdə nüfuzlu təhsil müəssisələrindən biri olub.
Pedaqoji fəaliyyəti ilə bağlı xatirələrini bölüşən Hikmət müəllim həyatında razı olduğunu, seçdiyi və 48 il çalışdığı müəllim peşəsinin müqəddəsliyindən danışıb. Bildirib ki, müəllimlər hər zaman yetirmələrinin uğurları ilə fəxr edir və mən elə müəllimlərdənəm ki, yetirmələrim bu gün ölkəmizin ictimai-siyasi həyatında önəmli rol oynayırlar və mən hər zaman onlarla fəxr edirəm.
Təqaüdə çıxan Hikmət müəllimə ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən hədiyyələr və fəxri fərman verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo