İsmayıllıda Zəfər forumu keçirilib

 
İsmayıllı rayonunda Zəfər forumu keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ətraf raonlardan da nümayəndələr iştirak ediblər.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsindən danışıblar. Bildirilib ki, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribat Azərbaycan Ordusunun öz tarixi missiyasını həyata keçirməsinə vəsilə oldu. Bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Tərtərin, Xocalının, Xocavəndin kənd və qəsəbələri azad edildi. Hər gün cəbhədən Azərbaycan əsgərinin qələbə dolu müjdələri gəldi və ordumuzun müzəffər yürüşü ilə Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazdı.

Sonra rayonun və Müdafiə Nazirliyinin mədəniyyət işçilərinin iştirakı ilə geniş konsert proqramı ilə bayram tədbiri davam etdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo