İsmayıllıda yüksək nəticələr göstərmiş şagirdlərlə görüş keçirilib


İsmayıllı rayonunda 2021-2022-ci tədris ilinin yekunlarına görə yüksək bal toplayan abituriyentlərlə və Respublika müsabiqəsinin qalibi olmuş şagirdlərlə görüş keçirilib.

Tədbirdə ATİAHİ İsmayıllı rayon komitəsinin və Daglıq Şirvan Regional Təhsil İdarəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, rayon üzrə 68 nəfər 500-dən, 22 nəfər 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olub. 11 nəfər fənn olimpiadalarının respublika turunda yüksək nəticə əldə edərək medalla mükafatlandırılıb. Həmçinin nəticələrinə görə 6 nəfər Elm və Təhsil Nazirliyinin qızıl medalını alıb, 30 şagird isə respublika üzrə müxtəlif müsabiqələrin qalibi olub.

Çıxış edənlər ölkəmizdə təhsil sahəsində əldə olunan nailiyyətlərdən, bu sahəyə dövlətin xüsusi diqqətindən, göstəricilərin ildən-ilə yüksəlməsindən danışıblar.

Sonda qeyd olunan şagirdlər (Cəmi 109) ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo