İsmayıllıda Uşaqların Günü qeyd olunub


İsmayıllı rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Rayon icra hakimiyyəti, Təhsil sektoru və ATİAHİ İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə rayonun bütün bağça və ibtidai sinif şagirdləri iştirak ediblər. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tədbirdə iştirak edib, uşaqlara təbriklərini çatdırıb və şəhid övladlarına hədiyyələr verib.

Tədbirdə uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin uşaqlarlar tərəfindən şeirlər və musiqilər səslənib, rəqs nömrələri nümayiş etdirilib.

Ümumilikdə 250-dən çox uşağa rayon komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

Sonda uşaqlar parkda quraşdırılmış əylənçəli atraksion və oyun qurğularından pulsuz olaraq istifadə edərək əylənmişlər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo