İsmayıllıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib

 
İyunun 1-də İsmayıllı rayonunun məktəbəqədər təhsil müəssisələrində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə bayram tədbirləri və müxtəlif müsabiqələr keçirilib.
ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə ölkəmizdə uşaqlara olan diqqət və qayğıdan danışılıb.
Qeyd olunub ki, uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətlidir. Buna görə də Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Bildirilib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və daha da gücləndirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Əlavə olunub ki, hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub.
Keçirilən tədbirlərdə uşaqlara müxtəlif hədiyyələr paylanılıb, müsabiqələrin qalibləri mükafatlandırılıb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo