İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib

İsmayıllı rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
ATİAHİ İsmayıllı rayon komitəsinin rayon icra hakimiyyəti və Ailə və Uşaqlara kömək İdarəsinin rayon şöbəsi ilə birgə təşkil edilmiş tədbir DHT kollecində baş tutub.
Çıxış edənlər bildirib ki, 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi seçilməsi, ilk dəfə ölkəmizdə hakimiyyət sükanına doğma xalqının taleyinə tam sahib çıxmaq iqtidarında olan Vətən oğlunun yüksəlməsi ilə Azərbaycanın həyatında həlledici və şərəfli bir mərhələnin başlanğıcını qoydu. Ulu Öndərin respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşdü.
Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə Prezidenti seçildikdən sonra idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü addımlar atıldı. Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Bunun ardınca Ulu Öndərin tarixi xilaskarlıq missiyası tənəzzüldən inkişafa doğru dönüşün əsasını qoydu. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi.
Daha sonra Ulu Öndərin İsmayıllı rayonuna etdiyi səfərlər xatırlanıb, xatirələr bölüşülüb.
Kollecin tələbələri Ulu Öndər haqqında şeirlər səsləndiriblər. Sonda Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo