İsmayıllıda təntənəli Novruz şənliyi təşkil edilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsi və ATİAHİ İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə təhsil müəssisələri və digər təşkilatların iştirakı ilə “Novruz-2023” adlı el şənliyi təşkil edilib. Tədbirdə Novruzun tarixindən, adət-ənənələrindən, bu bayrama olan yüksək xalq sevgisindən, ildən-ilə daha təmtəraqla keçirilməsindən danışılıb. Bayram çərçivəsində həmçinin təhsil müəssisələri arasında “Səməni-2023” müsabiqəsi keçirilib. Bundan başqa, Ulu Öndər Heydər Əliyevin100 illik yubileyi ilə əlaqədar təhsil işçiləri arasında baş tutan əl işlərindən ibarət sərgiyə də baxış olub. Sərgi və Səməni müsabiqələrinin qalibləri rayon komitəsi tərəfindən diplomlarlarla təltif edilib və onlara hədiyyələr təqdim olunub. Şənlik bayram konserti ilə davam edib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo