İsmayıllıda təhsil işçiləri arasında şahmat turniri keçirilib

Aprelin 22-də İsmayıllı rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təhsil müəssisələrində çalışan şahmat həvəskarları arasında yarış təşkil olunub.
Açılış mərasimində çıxış edənlər Azərbaycanın qurucusu və banisi Ulu Öndərin siyasi fəaliyyətindən, xalqımızın həyatında gördüyü taleyüklü işlərdən, siyasi bacarığından, xilaskar missiyasından söz açıblar. Bildirilib ki, onun siyasi yolunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etdi, misilsiz xidmətləri ilə bu gün xalqımız müzəffərdir, qalibdir.
Sonra yarışa start verilib.
Yekunda qalib gələn şahmat həvəskarlarına İsmayıllı Rayon Təhsil Şöbəsinin və ATİAHİ İsmayıllı rayon komitəsinin diplomları və pul mükafatı təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo