İsmayıllıda “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də İsmayıllı rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. ATİAHİ İsmayıllı rayon komitəsinin üzvləri tədbirlərdə iştirak ediblər. Tədbirlərdə öncə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər müstəqil həyata qədəm qoymaları münasibətilə məzunları təbrik edib, gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbirlər məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo