İsmayıllıda şahmat yarışının qalibləri məlum olub


İsmayıllıda ATİAHİ rayon komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təhsil işçiləri arasında şahmat yarışı keçirilib.

Yarışda 30-dan çox təhsil işçisi mübarizə aparıb. Şəhər 1 №-li tam orta məktəbin şahmat müəllimi Cahangir Niftalıyev 1-ci, 5 №-li tam orta məktəbin müəllimi Arif Mirzəyev 2-ci, Qubaxəlilli kənd tam orta məktəbin psixoloqu Famil Səfərov 3-cü, Qalacıq kənd tam orta məktəbin direktoru Ruslan Qasımov 4-cü yeri qazanıb. Qaliblər rayon komitəsi tərəfindən diplomla təltif edilib, həmçinin onlara pul mükafatı verilib. Birinci yeri qazanmış Cahangir Niftaliyev Respublika üzrə final yarışında iştirak etmək hüququ qazanıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo