İsmayıllıda şagirdlər arasında inşa müsabiqəsi keçirilib

Azərbaycan dövlətinin qurucusu və banisi, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 19 il keçir. Ulu Öndərin anım günü ilə əlaqədar İsmayıllı rayonunda məktəblilər arasında inşa müsabiqəsi keçirilib.
ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan müsabiqəyə şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, xalqımızın taleyində gördüyü işlər, dövlətçiliyimizin qorunması, müstəqilliyimizin möhkəmlənməsi istiqamətində atdığı addımlardan bəhs edən inşalar təqdim olunub. Yazılar ekspertlər tərəfindən yoxlanılıb və qiymətləndirilib. Müəyyən edilmiş qaliblər rayon komitəsi tərəfindən mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo