İsmayıllıda qabaqcıl təhsil işçisinin yubileyi qeyd olunub

ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə rayonun Basqal qəsəbə tam orta məktəbinin müəllmi işləmiş, Əməkdar jurnalist, “Tərəqqi” medallı, yazıçı-publisist, qabaqcıl təhsil işçisi Yavər Hüseynovun 80 illik yubliyeyi qeyd olunub.
Tədbirdə Y.Hüseynovun mənalı və şərəfli ömür yolundan, yaradıcılığından, müəllim adını yüksəklərə qaldırmasından, yetirmələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan danışılıb.
Sonda yubiliyara qiymətli hədiyyələr təqdim olunub. O, göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür edib. Qeyd edək ki, Y.Hüseynov bir neçə kitabın müəllifidir.
Bundan başqa, ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə Əməkdar müəllim, şair-publisist Sərxan Bəbirovun yaradıcılıq gecəsi keçirilib. Tədbirdə şairin çap olunmuş kitabları nümayiş etdirilib, şeirləri səsləndirilib, dostları və yaxınları şairlə bağlı xatirələrini bölüşüblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo