İsmayıllıda Novruz tədbiri təşkil olunub
Martın 18-də İsmayıllı rayonunda Novruz bayramı münasibətilə tədbir keçirilib.

ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan bayram tədbirində təhsil işçiləri iştirak ediblər. 

İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Nahid Bağırovun da qatıldığı tədbirdə Novruz adət-ənənələrindən, xalqımızın bu bayrama verdiyi yüksək dəyərdən, ölkəmizdə bu münasibətlə keçirilən el şənliklərdən danışılıb. 

Bildirilib ki, Novruz bayramı xalqımızın həmrəyliyində, bir araya gəlməsində mühüm vasitə kimi çıxış edir və hər il yeni ab-havada qeyd olunur.

Bayram çərçivəsində “Səməni-2022” müsabiqəsi də təşkil olunub. Qaliblər rayon komitəsi və Rayon Təhsil Şöbəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo