İsmayıllıda müxtəlif layihə və müsabiqələrin qalibi olmuş gənclər mükafatlandırılıb

İsmayıllı rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir təşkil edilib.
ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon məktəblərinin gənc müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edənlər Prezident İlham Əliyev tərəfindən ölkəmizdə gənclər siyasəti sahəsində atılan addımlardan və qəbul olunan qərarlardan danışıblar. Bildirilib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. 
Çıxışların ardından müxtəlif layihə və müsabiqələrdə qalib gəlmiş gənc müəllimlərin və şagirdlərin mükafatlandırılması mərasimi keçirilib. Sonda şagirdlərin ədəbi bədii kompozisiyalar və musiqi ifaları dinlənilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo