İsmayıllıda müharibə iştirakçılarına diqqət yüksək səviyyədədir


Azərbaycan həmkarlar ittifaqları hər zaman şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşır, bayramlarda və digər əlamətdar günlərdə onlarla görüşlər təşkil edilir, maddi-mənəvi dəstək göstərilir. Həmçinin onların sağlamlıqlarının qorunmasına, istirahətlərinin səmərəli keçirilməsinə xüsusi diqqət göstərilir, sanatoriya və istirahət evlərinə getmələri üçün yolayışlar verilir. 

ATİAHİ İsmayıllı rayon komitəsi parlaq qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin 30 qazisinin Bakı şəhərinə səfərini təşkil edib. Səfər zamanı qəhrəman Vətən oğulları Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər, paytaxtın gəzməli-görməli yerlərinə baş çəkiblər. Qazilər onlara göstərilən diqqətdən razılıqlarını bildiriblər. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo