İsmayıllıda müəllimlərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib

İsmayıllı rayonunda gənc müəllimlər və təhsil işçilərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev ideyaları təhsil sahəsində həyata keçirilir” mövzusunda dəyirmi masa keçirilib.
Öncə Ulu Öndərin abidəsi ziyarət olunub, qarşısına gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən xalqımızın həyatında gördüyü işlərdən danışılıb. Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyev ölkəmizi vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi və bununla da respubilkamızda müasir dövlətçilik fəlsəfəsinin əsasları qoyuldu. Heydər Əliyev tarixi keçmişimizi dürüst və dərindən təhlil edərərk bir çox mətləbləri bizə anlatdı və bu istiqamətdə mühüm addımlar atdı. Ulu Öndər Heydər Əliyevin “fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı respublikamızda yaşayan bütün xalqların vahid bir ideya, bir dövlət ətrafında birləşməsi üçün stimula çevrildi. Bu gün əminliklə deyə bilərik ki, tolerantlıqda nümunəyə çevrilən müasir Azərbaycan modeli bütün dünya ölkələri tərəfindən maraqla izlənilir və öyrənilir. Ölkəmizin tolerantlıq baxımından nümunə göstərilməsi gerçəkliyinin kökündə məhz Heydər Əliyevin təməlini qoyduğu ideyalar dayanır.
Həmçinin vurğulanıb ki, Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur.
Eləcə də Ulu Öndərin təhsil sahəsində gördüyü işlərdən, müəllimlərə verdiyi yüksək dəyərdən, gənclərimizin sağlam ruhda, elmli, bilikli yetişməsində atddığı addımlardan geniş söz açılıb. Tədbirdə ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən intellektual yarışda qalib gəlmiş 7 nəfər gənc müəllim mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo