İsmayıllıda müəllimlər üçün turlar təşkil olunub

ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə 40 nəfərdən ibarət rayonun qabaqcıl təhsil işçisinin Qəbələ şəhərinə bir günlük səfəri təşkil olunub.
Səfər zamanı Qəbələdə yerləşən məşhur istirahət mərkəzlərinə baş çəkilib, rayonun mənzərəli yerlər seyr edilib, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib.
Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və bunun üçün təşkilatçılara təşəkkür ediblər.
Bundan başqa, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən hər iki Qarabağ müharibəsində iştirak etmiş təhsill işçiləri, zabit və hərbi rəhbərlərin rayonun görməli-gəzməli yerlərinə səfəri təşkil olunub. 
 
 
IMG_20220626_112141.jpg 3.4 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo