İsmayıllıda Müəllimlər Günü qeyd olunub

İsmayıllı rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon müəllimləri iştirak ediblər. 
Çıxışlarda qeyd olunub ki, ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Bildirilib ki, yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini yaxşılaşdırır, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.
Sonra birinci Qarabağ və Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailə üzvü olan yeddi müəllim Fəxri fərmanla təltif olunub və onlara pul mükafatı təqdim edilib. Fənn olimpiadalarının Respublika turunda şagirdləri qalib olan 13 nəfər, VI Respublika qrant layihəsində qalib olan 17 nəfər, “Ən yaxşı təqdimat” və digər Respublika müsabiqələrində qalib olan 30 nəfər, cəmi 58 nəfər qabaqcıl təhsil işçiləri Fəxri fərman və diplomla təltif edilib, onlara hədiyyələr verilib. 
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo