İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində tədbirlər davam etdirilir


İsmayıllı rayonunda “Heydər Əliyev İli” çərçivəsində ATİAHİ rayon komitəsi, rayon icra hakimiyyəti və Təhsil sektoru birgə silsilə tədbirlərini davam etdirir. Növbəti tədbir rayonun 3 №-li məktəb-liseyində baş tutub.

Öncə Ulu Öndər Heydər Əliyevin  həyat və fəaliyyətini əks etdirən məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib, müəyyən edilmiş qaliblər mükafatlandırılıb. 

Tədbirdə Ümummilli Liderin xalq qarşısında xidmətlərindən, dövlət quruculuğu siyasətindən söz açılıb, İsmayıllı rayonuna müxtəlif vaxtlarda, o cümlədən 1981-ci ildə səfəri xatırlanıb, onun göstərişi ilə rayon ərazisində aparılan abadlıq-quruculuq işlərindən danışılıb.

Ardınca məktəblilər Ulu Öndər haqqında şeirlər söyləyiblər.

Sonda Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo