İsmayıllıda Beynəlxalq Qadınlar Günü qeyd edilib

İsmayıllı rayonunda bir qrup qabaqcıl təhsil işçisi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilib.
ATİAHİ İsmayıllı rayon komitəsi tərəfindən keçirilən mükafatlandırma mərasimində rayon icra hakimiyyətinin, YAP-nin, gənclər idarəsinin nümayəndələri və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbəri Rövşən Əliyev iştirak ediblər.
Öncə şəhid müəllim Famil Əhmədzadənin  həyat yoldaşı Vüsalə Əhmədzadə və digər şəhid ailələrinin xanım üzvləri təbrik edib, onlara hədiyyələr verilib.
Təhsil idarəsinin müdiri Rövşən Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi ali qiymətdən, onların fəaliyyətini dəyərləndirməsindən, yüksək vəzifələrə irəli çəkilməsindən, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin qadınlara olan xüsusi diqqətindən danışıb. Bildirib ki, hər il bayram günü ərəfəsində dövlət başçısı qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov ölkəmizin inkişafında qadınların fədakar əməyindən, Vətənə sədaqətindən söz açıb, onlara təbriklərini çatdırıb.
Sonda xanım müəllimlərə qiymətli hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo