İsmayıllıda Aprel döyüşləri şəhidinin anım mərasimi keçirilib
Aprelin 9-da İsmayıllı rayonunun Maçaxı kəndində şəhid Mikayıl Vahabzadənin anım tədbiri keçirilib.

ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan mərasimdə şəhidin ailəsi və yaxınları, kənd məktəbinin müəllimləri, şagirdlər, həmçinin yerli sakinlər iştirak ediblər.

Çıxış edənlər şəhidin həyatından, məktəb illərində nümunəvi davranışlarından və məsuliyyətindən, həmçinin döyüşlərdə göstərdiyi rəşadətdən danışıblar.

Sonra iştirakçılar şəhidin qəbrini ziyarət edib, üzərinə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

ATİAHİ İsmayıllı  rayon komitəsi tərəfindən şəhidin ailəsinə hədiyyə təqdim edilib.

Qeyd edək ki, Mikayıl Vahabzadə 2016-cı ilin Aprel döyüşlərində xüsusi igidlik göstərərək qəhrəmancasına şəhid olub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo