İsmayıllıda Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

 
Sentyabrın 27-də ATİAHİ İsmayıllı rayon komtəsi tərəfindən Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib, rayonun Şəhidlər xiyabanı ziyarət olunub, şəhid ailələrinə baş çəkilib.
Tədbirlərdə yenilməz Azərbaycan Ordusunun şücaətindən, xalqımızın sarsılmaz birliyindən danışılıb.
Bildirilib ki, “Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlatdığı hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra Suqovuşanda, Cəbrayılda, Hadrutda, Füzulidə, Zəngilanda, Qubadlıda, xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. Bu tarixi Qələbə təkcə torpaqların geri qaytarılması deyil, ilk növbədə, məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, Müzəffər Xalq, Qalib Dövlət deməkdir.
Rayon komitəsi tərəfindən övladı şəhid olmuş 5 təhsil işçisinə ərzaq sovqatı verilib, Vətən müharibəsinin iştirakçısı olmuş 20 təhsil işçisinə isə maddi-mənəvi dəstək göstərilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo