İsmayıllıda 2016-cı il Aprel döyüşlərinin qazisi ilə görüş keçirilib
      
Aprelin 5-də İsmayıllı şəhər 3 №li məktəb-liseyin ilk həmkarlar təşkilatında  2016-cı il Aprel döyüşlərində igidliklə döyüşərək başından yaralanmış Yaşar Ağayevlə görüş keçirilib.
 
Görüşdə Y.Ağayevin döyüş yolundan, göstərdiyi rəşadətdən, Aprel döyüşlərinin Azərbaycanın hərb tarixində yerindən, Zəfərə gedən yolumuzda əhəmiyyətindən danışılıb. Bildirilib ki, Yaşar kimi qəhrəman oğullarımızın sayəsində Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu və bu gün biz dünyada qalib xalq kimi tanınırıq. 
Sonda Y.Ağayevə müxtəlif hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo