İsmayıllıda 20 Yanvar faciəsinin qurbanları anılıb, Şəhidlər Xiyabanı ziyarət olunub

İsmayıllı rayonunda 20 Yanvar faciəsinin 33-ci ildönümü ilə əlaqədar təhsil işçiləri və şagirdlərin iştirakı ilə tədbir keçirilib.
ATİAHİ İsmayıllı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə iştirakçılar rayondakı Şəhidlər xiyabanını ziyarət edib, məzarlar üzərinə gül dəstələri düzüb ruhlarına dualar oxuyublar.
Sonra Ümumxalq Hüzn Günü ilə əlaqədar şagirdlər arasında keçirilmiş inşa, rəsm və şer müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Mərasimdə çıxış edənlər sovet imperiyasının total xarakterindən, xalqımıza olan ögey münasibətindən, törədilən represiyalardan, 20 Yanvar faciəsinin mahiyyətindən, xalqımızın əzmkarlığından bəhs ediblər.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo