İsmayıllı rayonundan olan gənc müəllim mükafatlandırılıb


Mayın 11-də 2021-ci il üçün “İlin peşəkar gənci” adına layiq  görülmüş gənclərə diplom, döş nişanı və vəsiqələrin təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəhbərliyi və kollektivi, üzv təşkilatların sədrləri və məsul əməkdaşları, həmçinin KİV nümayəndələri iştirak ediblər.

2021-ci ilin nəticələrinə görə “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş 59 nəfər istedadlı gəncə AHİK-in Fəxri diplomu, döş nişanı və vəsiqəsi təqdim olunub. Mükafatlandırılan gənclər arasında Lahıc qəsəbə tam orta məktəbin müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı Ağa Səfərov da olub. O, AHİK-in Fəxri diplomu ilə təltif edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo