İnşa yazı və şer müsabiqəsinin qalibləri mükafatlandırılıb
İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi, Təhsil Şöbəsinin təşkilatçılığı ilə təşkil edilən "20 Yanvar- Zəfərə aparan yol" adlı inşa yazı və şer müsabiqəsinin qalibləri mükafatlandırılıb. Mükafatlandırma mərasimi  H.Əliyev adına Mədəniyyət Mərkəzində təşkil edilib.
Tədbir iştirakçıları ilk öncə 20 Yanvar- Ümumxalq Hüzn Gününə  həsr edilmiş sərgiyə baxış keçirib. Sərgidə qanlı yanvar hadisələrini əks etdirən fotoşəkillər, kitablar və rəsm əsərləri nümayiş olunub, filmə baxılıb. Məktəblilərin ifasında şerlər səsləndirilib, kompozisiyalar nümayiş etdirilib.
Sonda 20 Yanvar hadisələrinə həsr olunmuş inşa və şeir müsabiqəsində qalib gələn məktəblilər rayon İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin Fəxri fərmanları  ilə mükafatlandırılıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo