İdman gününə həsr edilmiş həndbol yarışı keçirildi
İsmayıllı rayonunda 5 mart Bədən tərbiyəsi və İdman gününə həsr edilmiş gənc müəllimlər arasında həndbol yarışı keçirildi. Sonra şəhər 5 nömrəli tam orta məktəbdə şəhid olmuş idmançıların valdeyinləri ilə fiziki tərbiyə müəllimlərinin  və məktəb kollektivinin görüşü təşkil edildi. 

Görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Gənclər İdman İdarəsinin rəisi Taleh Salehov, İdman olimpiya Kompleksinin direktoru Xamis Ağayev, şəhid anaları, fiziki tərbiyə müəllimləri çıxış etdilər. 

Yarış və müsabiqə qalibləri, il ərzində fərqlənən fiziki tərbiyə müəllimləri ATİAHİ İsmayıllı rayon komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo