Gənclər günü  qeyd olundu
ATİAHİ  İsmayıllı RK- si, RTŞ-si və Gənclər İdman İdarəsilə birgə “2 Fevral Gənclər günü”  ərəfəsində rayonun təhsilində fəal iştirak edən  30 nəfər gənc müəllimlə  görüş təşkil etmişdir. Görüşdə müxtəlif illərdə qalib olmuş “İlin peşəkar gəncləri”,  İntellektual bilik yarışlarının qalibləri, təhsil qrant  layihələrin qalibləri, şagirdləri fənn olimpiadaların rayon  və respublika turunda qalib olan gənc müəllimlər iştirak ediblər.Görüş iştirakçıları  pandemiya qaydalarına riayət etməklə çay süfrəsi  arxasında öz təəssüratlarını bölüşdülər. Rayonun təhsilinin inkişafı üçün görüləcək işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında maraqlı təklif və diskusiya şəraitində keçən görüş gənc müəllimlər tərəfindən maraqla  qarşılandı. Sonda iştirakçılar RK-sı  və RTŞ-i tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo