Əməkdar müəllimin  70 illik yubileyi qeyd edildi

Martın 2-də Əməkdar müəllim, 2 dəfə “İlin ən yaxşı məktəbi” respublika müsabiqəsinin qalibi olmuş İsmayıllı rayonunun Talıstan kənd tam orta məktəbinin direktoru Aydın Əzizovun 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Təşkilatçıları arasında ATİAHİ İsmayıllı rayon komitəsinin də olduğu tədbirdə komitənin sədri Hafiz Kərimov, Rayon Təhsil Şöbəsinin müdiri Rovşən Əliyev, rayonun bir sıra məktəbinin direktorları, pedaqoji ictimaiyyətinin nümayəndələri və A.Əzizovun rəhbərlik etdiyi məktəbin kollektivi iştirak edib. 

Tədbirdə çıxış edənlər A.Əzizovun keçdiyi şərəfli həyat yolundan, pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, gənc nəsilin yetişməsində zəhmətindən danışıblar. 

Sonda yubilyara Fəxri fərman və hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo