AHİK-in sədri, millət vəkili Sətdar  Möhbalıyevə
AHİK-in sədri, millət vəkili Sətdar  Möhbalıyevə

Hörmətli Sətdar müəllim.

Biz  İsmayıllı rayonu təhsil işçiləri Sizin Azərbaycan Həmkarlar İttifaqına nümunəvi rəhbərliyinizlə, xüsusən  Təhsil İşçiləri Respublika Komitəsinin sədri kimi yorulmaz faəliyyətinizi görüb, müşahidə edib sizinlə fəxr edirik. Siz hər zaman işçilərin , həmkarlar ittifaqı üzvlərinin sosial iqtisadi hüquqlarının, qanuni mənafeylərinin  qorunması üçün yorulmaz mübbarizə aparmısınız. Pandemiya müddətində, 44 günlük  vətən müharibəsi  və ondan sonrakı dövrdə sizin fəaliyyətinizin  çox qat yüksəldiyinin biz şahidi olmuşuq. Dəfələrlə Respublikanın  bölgələrində yaşayan aztəminatlı ailələrə ərzaq karvanı yardımlarının çatdırılmasının şahidi və istifadə edənləri bizlər olmuşuq. Vətən müharibəsi dövründə təşkilatlardan könüllü olaraq gedib döyüşən həmkarlar ittifaqı üzvləri sizin yerlərdə olan təşkilatınız tərəfindən hər vaxt maddi və mənəvi dəstəklə təmin olundular. Rayonumuzun 20 nəfər döyüşlərdə iştirak edən təhsil işçiləri həm müharibə vaxtı həmdə sonrakı  dövrdə Rayon Komitəsi tərəfindən dəfələrlə  maddi və mənəvi köməyini əsirgəmədi. Şəhid olmuş şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin  adı əbədiləşdirilmiş, ailəsinə lazimi köməkliklər göstərilmişdir. Onun həyat yoldaşına sizin tərəfdən hər ay 100 manat müavinət ayırmağınız  həm şəhidin ailəsinin, həm də rayon ictimaiyyəttinin ürəyincə olmuşdur. Sizə buna görə xüsusi minnətdarlığımızı bildiririk. Eyni ilə 150- dən çox şəhid ailəsinin 280-dan çox uşaqlarını himayənizə götürməyiniz, onlara maddi və mənəvi dəstəyiniz bütün insanlarda sizə qarşı olan hörmət və məhəbbəti daha da artırmışdır. Sizin köməkliyinizlə rayonda 5-dən çox şəhid və qazi ailələrinə sağlamlıqlarını bərpa etmək üçün pulsuz sanatoriyaya göndəriş verilmişdir. Uğurla rəıhbərlik etdiyiniz və böyükü nüfuza  malik Azərbaycan Həmkarlar İttifaqı dövləıtimizin  inkişafı və qorunmasında , müstəqilliyimizin əbədi olmasında Respublika Prezidenti cənab İlham Əliyevin daim yanında olması,  ona bütün sahələrdə dəstək və sədaqət göstərməsi biz ittifaq üzvlərinin ürəyincədir. Hörmətli sədr, bu yiolda Sizə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə bir qrup İsmayıllı rayon təhsil işçiləri:

1.     Əhmədzadə Ağaəhməd Əsgər oğlu- şəhid Famil Əhmədzadənin atası- İDHT kollecinin müəllimi
2.     Əliyev Hamlet Sabir oğlu- şəhid atası-  Kürdmaşı kənd tam orta məktəbinin müəllimi
3.     Müseyibov Şakir  Şəfaqət oğlu- şəhid atası-  Xəlilli kənd tam orta məktəbinin müəllimi
4.     Pənahov Altay Əsədulla oğlu- Vətən müharibəsi iştirakçısı- Diyallı kənd tam orta məktəbinin müəllimi
5.     Kazımov Elşad Ələsgər oğlu - Vətən müharibəsi iştirakçısı- Talıstan kənd tam orta məktəbinin müəllimi
6.     Səfərov Ağa Sərdar oğlu- Vətən müharibəsi iştirakçısı- Lahıc qəsəbə tam orta məktəbinin müəllimi
7.     Salmanov Ramin  Şahmalı oğlu- Vətən müharibəsi iştirakçısı- Uştal kənd tam orta məktəbinin müəllimi
 
Hamısı 30 nəfər

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo